Kiyevdə azərbaycanlılar və ukraynalılar Heydər Əliyevi anıb

Kiyevdə azərbaycanlılar və ukraynalılar Heydər Əliyevi anıb
19:17 12 Dekabr 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Ulu Öndərin abidəsi önündə anım mərasimi keçirilib. 
"Report" xəbər verir ki, gün ərzində Azərbaycan diasporunun nümayəndələri, gənclər, bölgələrdə yaşayan soydaşlarımız da ümummilli lider Heydər Əliyevi anıblar. 
Anım mərasimində çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament sədri Akif Gülməmmədov ulu öndər Heydər Əliyevin ölkəmizin diaspor quruculuğundakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin uzaqgörən siyasəti bu gün dövlətimizin daha da qüdrətli olmasına gətirib çıxarıb.
Anım mərasimində həmçinin Ukraynadan olan deputatlar və ictimai xadimlər də iştirak ediblər.




Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/kiyevde-azerbaycanlilar-ve-ukraynalilar-heyder-eliyevi-anib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR