Məşhur modeldən ŞOK QƏRAR: “Daha soyunmayacam”

Məşhur modeldən ŞOK QƏRAR: “Daha soyunmayacam”
04:43 13 Dekabr 2017
212 Şou
Ölkə mətbuatı
A- A+

“Victoria’s Secret” şirkətinin keçmiş modeli Adriana Lima “İnstaqram” hesabından iddialı açıqlama verib.

Publika.az xəbər verir ki, cazibədar model qadın bədənilə bağlı edilən təzyiqlərə cavab olaraq artıq boş yerə soyunmayacağını açıqlayıb.

Türkiyəli yazıçı Metin Har ilə sevgi münasibətlərindən sonra gündəmdən düşməyən 36 yaşlı model mövzu ilə bağlı geniş şəkildə fikirlərini yazıb:

“Qadınlara müəyyən bir vücud ölçüsünün diqtə edilməsi heç də ədalətli deyil. Bu nə fiziki, nə də əqli baxımdan sağlam fikirdir. Mən bu təəssüratı dəyişdirməyə qərar verdim. Bundan sonra vücudumu boş səbəblərlə nümayiş etdirməyəcəm, boş yerə soyunmayacam. Gəlin, dünyanı dəyişdirək”.

Qeyd edək ki, keçən ay təşkil edilən “Victoria’s Secret” dəfiləsində çıxış edən təcrübəli model karyerasına son qoyduğunu açıqlamışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/223953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR