İş adamı narkoman oğlunu öldürdü

İş adamı narkoman oğlunu öldürdü
11:18 13 Dekabr 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur ayaqqabı şirkətinin rəhbəri, iş adamı oğlunu öldürüb.

Publika.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində ayaqqabı istehsalı ilə məşğul olan şirkətin sahibi, iş adamı Nemet Tarlak ehtiyatsızlıq səbəbindən oğlunu güllələyib.

Xəbərə görə, Nemet Tarlakın oğlu Burak Tarlak şirkətə gələrək atasından pul istəyib. Oğluna pul verməkdən imtina etdiyi üçün ata ilə oğul aralasında mübahisə yaşanıb. Bu an Burak üzərində daşıdığı bıçaqla atasının üzərinə hücum edib. Özünü müdafiə etməyə çalışan ata isə bir anlıq əsəblə silahdan oğluna atəş açıb.

Burak Tarlak hadisə yerində ölüb, iş adamı Nemet Tarlak isə polislər tərəfindən saxlanılıb.

Polisə ifadə verən türkiyəli iş adamı törətdiyi cinayəti etiraf edərək hadisəni belə izah edib:

“Oğlum işləmirdi. Narkotik maddə istifadə edirdi. Mütəmadi olaraq məndən külli miqdarda pul istəyirdi. Yenə pul istəmək üçün şirkətə gəldi, amma bu dəfə pul verməkdən imtina etdim. Bir neçə dəfə pul üstündə mübahisəmiz olub. Lakin bu dəfə əsəblərimə hakim ola bilmədim və atəş açdım. Oğlumu öldürmək niyyətim yox idi, çox peşmanam”.

Məlumata görə, Burak Tarlakın öldürüldüyü gün ata olduğu məlum olub. 4 il əvvəl onunla ailə quran Özgə Tarlak övladına atasının şərəfinə Burakxan adını verib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR