Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir
14:52 13 Dekabr 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiya Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasını genişləndirir.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı müqaviləni Dumaya təqdim edib.
Rusiya ilə Suriya arasında müqavilə 49 il müddətinə bağlanıb.
Rusiya hərbi bazası Suriyanın mülki və idarətemə sistemindən tamamilə azad olacaq, bölgədəki ortaq müəssisələrdən heç bir ödəniş etmədən istifadə edəcək. 
Sənədə görə, Rusiya donanmanı qorumaq üçün bazaya istənlən sayda hərbçi göndərə bilər. Tartus və Xmeymim bazaları da fəaliyyətini davam etdirəcək.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-suriyadaki-herbi-donanmasini-genislendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR