"Google" şirkəti 2017-ci ildə ən çox axtarılan aktyor və musiqiçilərin adlarını açıqlayıb

"Google" şirkəti 2017-ci ildə ən çox axtarılan aktyor və musiqiçilərin adlarını açıqlayıb
16:17 13 Dekabr 2017
195 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ "Google" şirkəti 2017-ci ilin ən populyar axtarış mövzularını açıqlayıb.
"Report" xəbər verir ki, aktyorların siyahısında ilk yeri "Fors-major" serialının ulduzu və Britaniya şahzadəsi Harrinin nişanlısı Meqan Markl tutub.
Siyahıda ikinci yerdə cinsi təcavüz ilə gündəmə gəlmiş Kevin Speysi qərarlaşıb. "Möcüzəvi qadın" filmində baş rolu oynayan Qal Qadot isə üçüncü olub.
Musiqi reytinqinin lideri Mançesterdəki konserti zamanı terror aktı törədilən müğənni Ariana Qrande olub.
İkinci yerdə bu il vokalisti Çester Benninqtonu itirən "Linkin Park" qrupu qərarlaşıb.
Sonrakı sıralarda Ledi Qaqa, Maraya Keri və Ed Şiran yer alıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/google-sirketi-2017-ci-ilde-en-cox-axtarilan-aktyor-ve-musiqicilerin-adlarini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR