Yeni ədəbiyyat müsabiqəsi

Bir qrup Azərbaycanlı gəncin “Wattpad” ədəbiyyat portalında təşkil etdikləri ədəbiyyat müsabiqəsi bütün MDB məkanında marağa səbəb olub. Dünyanın 50 dilində əlçatan olan ədəbiyyat portalının aktiv istifadıçi 27 yaşlı Əhməd Şirəliyev bir müddət öncə “Feniks” adlı ədəbiyyat müsabiqəsinə başlayıb. Müsabiqədə gənc yazıçı Elşən Məmməli və publisist Toğrul Maşallı münsiflər heyəti qismində iştirak edirlər. Hazırda müsabiqədə iştirak etmək istəyən 50-ə yaxın “Wattpad” istifadəçisi 7 janr üzrə öz əsərlərini təqdim ediblər. Rus dilində keçirilən ədəbiyyat müsabiqəsinə Azərbaycanlı istifadəçilər də maraq göstərir. Müsabiqənin keçirilməsinə “Qanun” nəşriyyatı da dəstək verib. Belə ki, finalçıların kitabları Nəşriyyatın rəsmi web səhifəsində Qanun.az saytında “e-book”, yəni elektron kitab formatında satışa çıxarılacaq. “Feniks” ədəbiyyat müsabiqəsinə ədəbi əsərlərin qəbulu dekabrın 31-dək aparılacaq. Daha sonra isə münsiflər heyəti 7 janr üzrə hər birindən 5 əsər seçərək səsverməyə təqdim edəcəklər. Sonda hər janr üzrə bir qalib müəyyənləşdiriləcək. Əsas məqsəd gənclərin kitaba marağının artırılması və Azərbaycanlı gənc yazıçıların MDB məkanında yeni tanışlıqlar qazanmasıdır. Gənclərin bu təşəbbüsünə bir sıra yerli xəbər portalları da dəstək verir.

“Hesab edirəm ki, müsabiqə kifayət qədər diqqət cəlb edəcək və daimi olaraq keçiriləcək. Öz qələmini sınamaq istəyənlər müsabiqədə iştirak edə bilərlər.”-deyə təşkilatçı Əhməd Şirəliyev bildirib.

Qeyd edək ki, oxucular və ədiblər üçün nəzərdə tutulan “Wattpad” onlayn ədəbiyyat portalında istifadəçilər öz məqalə, hekayə, şeir və romanlarını yerləşdirmək imkanı əldə edir. Sutka ərzində “Wattpad” saytında 1000 dən çox hekayə yerləşdirilir. Ay ərzində 40 milyondan çox insan bu sosial şəbəkə tipli sayta daxil olur.

Müsabiqə haqqında:

http://vesti.az/news/348947

http://vesti.az/news/343423

https://www.wattpad.com/503666051-%D0%BB%D0%B8%D1%82%D0%B5%D1%80%D0%B0%D1%82%D1%83%D1%80%D0%BD%D1%8B%D0%B9-%D0%BA%D0%BE%D0%BD%D0%BA%D1%83%D1%80%D1%81-%D1%84%D0%B5%D0%BD%D0%B8%D0%BA%D1%81-%D0%B2%D0%BD%D0%B8%D0%BC%D0%B0%D0%BD%D0%B8%D0%B5-%D0%BA%D0%BE%D0%BD%D0%BA%D1%83%D1%80%D1%81


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR