Azərbaycanda büdcə kəsiri 714 mln. manata çatıb

Azərbaycanda büdcə kəsiri 714 mln. manata çatıb
15:37 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 749,3 mln. manat, xərcləri 15 463,1 mln. manat təşkil edib, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,1%-i qədər kəsir yaranıb.
“Report” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 12,0% artaraq 13 557,1 mln. manata, xərcləri isə 13,5% artaraq 14 150,2 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 593,1 mln. manatlıq kəsir ÜDM-in 1,1%-ni təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-budce-kesiri-714-mln-manata-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR