ABŞ səfiri: Azərbaycan getdikcə əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir

ABŞ səfiri: Azərbaycan getdikcə əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir
21:03 14 Dekabr 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan yalnız karbohidrogenlər üçün enerji təchizatı mənbəyi rolunu oynamır, eyni zamanda getdikcə əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta V Frankfurt Qaz Forumunda çıxışında deyib.

R.Sekuta bildirib ki, oktyabrın sonunda Azərbaycan və Türkiyə prezidentləri, Gürcüstan və bir sıra Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışını etdi: "Bu yeni müasir dəmir yolu xətti Bakının cənubundakı Ələt limanı ilə birlikdə Xəzərdə, Şərqi və Cənubi Asiyanı Qərbi Avropa ilə birləşdirən yerüstü marşrutu təmin edəcəkdir. Şanxay ilə Hamburq arasındakı gəmi ilə malların 35 günə daşınması əvəzinə, bu yeni dəmir yolu və bərə yolları malların eyni məsafəni on bir-on dörd günə daşınmasına imkan yarada bilər. Bu yeni yerüstü yollar Azərbaycanda olan yeni, müasir hava yolu ilə yükdaşıma vasitələrinə əlavə olaraq, ölkənin hava məkanı vasitəsilə istifadə olunan hava dəhlizini genişləndirir ".

Səfir bildirib ki, bu inkişaf prosesləri Azərbaycanın yeni ticari nəqliyyat dəhlizi kimi əhəmiyyətini vurğulayır.

R.Sekuta bildirib ki, qədim ticarət yolları kimi, bu Yeni İpək Yolu da marşrutu boyunca sahibkarlıq və əlavə dəyəri yüksək olan işləri asanlaşdırmalıdır: "Lakin eyni zamanda ABŞ-ın strateji marağı var və bu strateji maraq praktiki baxımdan kök salmışdır. Azərbaycan Əfqanıstana gedən və gələn başqa bir marşrut təmin edir. Bu marşrut yalnız hərbi materialların daşınması üçün deyil, eyni zamanda fermerlər və digər Əfqanıstan vətəndaşları üçün uzun müddət ixrac etdikləri nar və qoz-fındıq kimi qanuni məhsullarını satmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Xəzər hövzəsi və Mərkəzi Asiyadakı ölkələrin bir-birinə inteqrasiya etməsinə kömək edəcəkdir. Bu yol, əvvəlki digər yollar kimi, mədəniyyət, təhsil və intellektual mübadilələr, eləcə də daha çox yeniliklər üçün bir əlaqə kimi xidmət göstərə bilər. Bunun Orta Asiya və Xəzər hövzəsində yaşayan əhali ilə Avropa arasında əlaqələri gücləndirə biləcəyini düşünürəm". (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/224324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR