52 yaşlı kişi araq içib öldü - TOVUZDA

52 yaşlı kişi araq içib öldü - TOVUZDA
09:39 15 Dekabr 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

 

Tovuz rayonunda spirtli içkidən zəhərlənən şəxs ölüb.

Lent.az-ın Trend-ə istinadən məlumatına görə, dekabrın 14-də gecə saatlarında komatoz vəziyyətdə xəstəxanaya gətirilən 1965-ci il təvəllüdlü Cəfərov Xəqani Kavış oğlu dərhal süni nəfəs aparatına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Həkimlərin səyinə baxmayaraq X.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dekabrın 14-də Tovuz rayonunun Cəlilli kəndində baş verib. Kənd sakini, 52 yaşlı X.Cəfərov evində spirtli içkidən zəhərlənərək komaya düşüb. O, komatoz vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR