Emin Axundov: "Azərbaycanda tədris sistemini dəyişmək lazımdır"

Emin Axundov: "Azərbaycanda tədris sistemini dəyişmək lazımdır"
13:22 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ "Bizə bir çox həlləri təqdim edən tələbələr həmin bilikləri universitet auditoriyalarında qazanmırlar. Onlar bu bilikləri bizim təqdim etdiyimiz 2-3 aylıq təhsil proqramaları zamanı əldə edirlər". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Texnologiyalar və innovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri" mövzusunda konfransında çıxış edən "Microsoft Azerbaijan" şirkətinin nümayəndəsi Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, Azərbaycanda təhsil, tədris sistemini dəyişmək lazımdır: "Universiterlərlə uzun müddət apardığımız danışıqların nəticəsində iki universitetlə razılığa gəldik. Razılaşmaya görə, əgər tələbə "Microsoft"un sertifikatı ilə gəlsə və dərslərinin hansısa hissəsi ilə bizim təlimlərdə keçirilən mövzular üst-üstə düşsə, bu zaman tələbə əlavə ballar alacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/emin-axundov-azerbaycanda-tedris-sistemini-deyismek-lazimdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR