KİV: "Çelsi" Karlo Ançelottini baş məşqçi postuna qaytarır

KİV: "Çelsi" Karlo Ançelottini baş məşqçi postuna qaytarır
16:52 16 Dekabr 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Karlo Ançelotti yenidən İngiltərənin "Çelsi" futbol komandasına rəhbərlik edə bilər. "Report"un "Daily Record"a istinadən verdiyi məlumata görə, artıq klubun sahibi Roman Abramoviç italiyalı mütəxəssislə danışıqlar aparıb.
Tərəflər Ançelottinin 2018-ci ilin fevralında komandaya qayıdışına dair razılığa gəliblər. Hazırkı baş məşqçi Antonio Konte isə mövsümün sonunda istefaya göndəriləcək.
Qeyd edək ki, Karlo Ançelotti sentyabrın 28-də Almaniyanın "Bavariya" komandasının baş məşqçi postundan istefaya göndərilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-celsi-karlo-ancelottini-bas-mesqci-postuna-qaytarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR