ABŞ-da yolların buz bağlaması üzündən 150-yə yaxın maşın toqquşub.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə Miçiqan ştatının Qelsberq şəhəri yaxınlığında baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, daha bir neçə adam xəsarət alıb.
Pirotexnika ilə dolu iki yük maşını toqquşmadan sonra yanıb. Qəza baş verən ərazidə yol bağlanıb.