"Mançester Siti"nin futbolçusu naməlum şəxslər tərəfindən döyülüb

"Mançester Siti"nin futbolçusu naməlum şəxslər tərəfindən döyülüb
17:02 17 Dekabr 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Mançester Siti" klubu və futbol üzrə İngiltərə yığmasının yarımmüdafiəçisi Rahim Sterlinq ölkə Premyer Liqasının 18-ci turu çərçivəsində "Tottenhem"lə oyun öncəsi hücuma və irqçi təhqirlərə məruz qalıb.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, Strelinq məşq bazasına gəlib və öz ünvanına təhqiramiz sözlər eşidib.
O, maşından düşərək məsələni aydınlaşdırmaq istəyib, bu zaman onun ayağına zərbə endirilib.
Klub hadisə ilə əlaqədar polisə müraciət edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-siti-nin-futbolcusu-namelum-sexsler-terefinden-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR