İsrail “HƏMAS”ın təlim düşərgəsinə hava zərbələri endirib

İsrail “HƏMAS”ın təlim düşərgəsinə hava zərbələri endirib
08:02 18 Dekabr 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ İsrail ordusunun təyyarəsi “HƏMAS”-ın Qəza sektorunun şimalında yerləşən təlim düşərgəsinə hava zərbələri endirib. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, hava zərbələri İsrail ərazilərinə ötən gün atılan raket atəşinə cavab olaraq həyata keçirilib. “HƏMAS”ın təlim düşərgəsinin ərazisində üç obyekt dağıdılıb, daha bir neçə infrastruktur elementi məhv edilib.
İsrail ordusunda qeyd ediblər ki, Qəza sektorundan həyata keçirilən bütün neqativ hallara “HƏMAS” məsuliyyət daşıyır. Xatırladaq ki, bazar günü axşam Qəza sektorundan buraxılan 2 raket İsrailin cənubunda Xof Aşkelon ayalətinin ərazisinə düşüb.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-srail-hemas-in-telim-dusergesine-hava-zerbeleri-endirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR