Amerikalı alimdən Azərbaycan və dünya ilə bağlı DƏHŞƏTLİ 2018 PROQNOZU: Qarabağda...

Amerikalı alimdən Azərbaycan və dünya ilə bağlı DƏHŞƏTLİ 2018 PROQNOZU: Qarabağda...
12:08 18 Dekabr 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

2018-ci ildə III Dünya müharibəsi Azərbaycan torpaqlarından başlana bilər. Bu iddianı amerikalı professor irəli sürür.

Publika.az
xəbər verir ki, müdafiə və təhlükəsizlik üzrə amerikalı professor Robert Farlin “The National İnterest” nəşrinə danışıb.

Professor iddia edir ki, 2018-ci ildə III Dünya müharibəsi 5 nöqtədən başlana bilər.

Şimali Koreya

Analitik hesab edir ki, bu böhran ən təhlükəli olanıdır: “Xüsusilə ballistik raketlərin istehsalı və Tramp Administrasiyasının diplomatik təcrübəsizliyinə görə Şimali Koreyanın uğur qazanması təhlükəni genişləndirir. Hər iki ölkədə zərbələrin endirilməsi haqqında danışılır. ABŞ və Şimali Koreya arasında gərgin vəziyyət Yaponiya və Çinin də iştirakı ilə böyük müharibəyə gətirib çıxara bilər”.

Tayvan

Farlin Çinin ABŞ-ı regionda hərbi fəallığını artırdığına görə ittiham etməsinə diqqət çəkir.

“Birləşmiş Ştatlar da öz növbəsində Pekini Tayvanda hərbiləşməyə görə ittiham edir. İki ölkə arasında siyasi qeyri-müəyyənlik regionda münaqişəyə səbəb ola bilər”, - deyə o bildirib.

Ukrayna

Professorun fikrincə, Ukraynada hökumət devrilsə, hakimiyyəti ekstremistlər tutacaq və bu, Şərqi Ukraynadakı separatçıları gücləndirəcək: “Başlayacaq münaqişə Avropaya sıçraya və ABŞ-la Rusiyanın üz-üzə gəlməsi ilə nəticələnə bilər”.

NATO-nun cənub cinahı

Analitikin sözlərinə görə, Türkiyə Rusiya ilə yaxınlaşır, ABŞ Avropa İttifaqından uzaqlaşır və bu, regionda güc balansının pozulmasına gətirib çıxara bilər.

“Diplomatik oriyentasiyanın mümkün dəyişikliyi Suriyada, İraqda, İranda, Balkanlarda və Qafqazda vəziyyəti dəyişdirə bilər. Xüsusilə Dağlıq Qarabağda müharibə başlaya və genişlənə bilər. Eləcə də müstəqil dövlət qurmaq istəyən kürdlərlə bağlı böhran da həssasdır”, - deyə o vurğulayıb.

Fars körfəzi

Farlinin siyahında sonuncu yeri bu region tutur. Onun fikrincə, Səudiyyə Ərəbistan və İran toqquşa bilər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/224691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR