Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək
16:52 18 Dekabr 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 30-da saat 11.00-da bütün hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.
Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə görüşlər təşkil olunacaq, qonaqları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/silahli-quvvelerde-aciq-qapi-gunu-kecirilecek18

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR