Polşanın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarəsi radarlardan itib
Paylaş
·105 baxış·1 dəq oxu
Bakı. 18 dekabr. REPORT.AZ/ Polşanın Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarəsi radarlardan itib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı "RMF FM" radiostansiyası yayıb. Təyyarə Minskin Mazovetski Hərbi Aerodromunda eniş etməli idi. Məlumata görə, pilotla rabitə onun eniş etmək üçün manevr etdiyi zaman itib.