Erməni millətçilərinin yaratdığı “Daşnak” təşkilatının
Hitlerlə gizli münasibətləri və nasistlərin fürerinə sevgisini
sübut edən dəlil ortaya çıxıb.
Publika.az xəbər verir ki, erməni millətçilərinin
nasistlərlə əməkdaşlıq etdiyi dövrlərdə “Daşnak” təşkilatının
mətbuat orqanı Hitlerin təbliğatını aparıb.
Həftəlik “Hayrenik” jurnalının 1936-cı il 19-21 avqust nömrəsinin
üz qabığında Hitlerin fotosu və nasist liderin fəaliyyətini təbliğ
edən məqalə yayımlanıb.

Qeyd edək ki, amerikalı tədqiqatçı Samuel Veemsin “Ermənistan:
Terrorist Xristian Dövlətinin Sirləri” kitabında daşnaklarla
nasistlərin əlaqələrinin 1930-cu illərdə başladığını və sonrakı
dövrdə daha da genişləndiyini yazıb. Həmin kitabda erməni-nasist
əlaqələri geniş şəkildə öz əksini tapıb.
Asif