Məleykə Əsədova və Ramiz Məlikin məhkəməsi başladı

Bu gün Nəsimi rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məlumata görə, prosesdə tərəflər dinlənilib və hər iki tərəf iddiasını hakimə təqdim edib. Məhkəmə iddiaları icraata qəbul edib və növbəti proses yanvarın 8-nə təyin edilib.

Xatırladaq ki, M.Əsədova şərəf və ləyaqətinin Ramiz Məlik tərəfindən təhqir edildiyini bildirib və bunun üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. M.Əsədova buna görə R.Məlikdən 200 min manat təzminat tələb edir. //Trend

DİQQƏT: Azərbaycanda hərbi xidmətlə bağlı - VACİB XƏBƏR! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR