Azərbaycan teleməkanında bir ilk baş verəcək.

Publika.az xəbər verir ki, CBC Sportun “Salam - 2018” verilişində idmançılar müğənnilərlə birgə canlı ifa təqdim edəcəklər.

Proqram dekabrın 31-i yayımlanacaq. Qonaqlar sırasında Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Rilaya Hüseynzadə, Samirə Əfəndi, Dilarə Kazımova və başqaları olub. Verilişdə idmançılardan isə peşəkar futbolçu Mahir Mədətov, güləş üzrə 3 qat dünya çempionu, Prezident təqaüdçüsü Hacı Əliyev və digərləri iştirak edib.

Pərviz Hüseyn