Gəncədə yanğın:

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədəki yanğınla bağlı məlumat yayıb.

Metbuat.az FHN-nin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə, ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları isə 5 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun yanmış meyiti aşkar edilib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Mənzildə kişi meyiti tapıldı - Bakıda - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR