Ötən həftə Türkiyədəki əks düşüncəli tələbələr arasında başlayan qardan heykəl dueli ilə yadda qalıb.
ANS PRESS-in məlumatına görə, “Ankara” universiteti jurnalistika fakultəsinin sosialist tələbələri Karl Marksın qardan heykəlini hazırlayaraq birlikdə çəkdirdikləri şəkilləri sosial şəbəkədə paylaşıblar.
Vaxtaşırı həmin tələbələrlə etdikləri dava-dalaşlarla gündəmə gələn “Qazi” universitetinin millətçi tələbələrinin sosialistlərə cavabı gecikməyib. Belə ki, millətçi tələbələr qardan bozqurd heykəli hazırlayıblar və onlar da öz növbələrində bərbər çəkdirdikləri fotonu virtual dünyada paylaşıblar.
Bu yarışa Eskişehirdən qoşulan “Anadolu” universitetinin tələbələri isə təhsil aldıqları ali məktəbin qarşısında qardan əjdaha heykəli düzəldiblər.