Bakı. 28 dekabr. REPORT.AZ/ İngiltərənin "Southampton" klubu Vircil van Deykin "Liverpul"a keçdiyini bəyan edib.
"Report"un məlumatına görə, hollandiyalı müdafiəçinin transferinə dair rəsmi müqavilə yanvarın 1-də imzalanacaq.
26 yaşlı stopperdən ötrü dünyada müdafiəçilər üçün rekord sayılacaq məbləğdə - 85 milyon avro vəsait ödənilib.
Vircil van Deyk peşəkar futbolçu karyerasına 2011-ci ildə Hollandiya "Qroningen"ində başlayıb. O, 2013-cü ildə keçdiyi Şotlandiya "Seltik"ində daha 2 mövsüm çıxış edib. Bu müddətdə müdafiəçi 2015-2016 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la hər iki oyunun iştirakçısı olub. O, komandasının 1:0 hesabı ilə qalib gəldiyi ev oyununun 44-cü dəqiqəsində sarı vərəqə alıb. Qolsuz başa çatan Bakıdakı qarşılaşmada isə van Deyk sonadək meydanda olub. 2015-ci il sentyabrın 1-də isə müdafiəçi 13 milyon funt sterlinqə "Southampton"a keçib.
"Qarabağ"a qarşı oynamış futbolçu dünyanın ən bahalı müdafiəçisinə çevrilib
"Qarabağ"a qarşı oynamış futbolçu dünyanın ən bahalı müdafiəçisinə çevrilib
"Qarabağ"a qarşı oynamış futbolçu dünyanın ən bahalı müdafiəçisinə çevrilib