Bu barədə “Report”a “Buta Airways” aviaşirkətindən məlumat verilib.
Məlumata görə, təyinat nöqtəsinin dəyişdirilməsinə səbəb Kazandakı əlverişsiz hava şəraiti olub. Son nəticədə təyyarə hava limanına enə bilməyib və Nijni Novqoroda hərəkət edib. Eniş ştat rejimində baş tutub.
Kazanda hava şəraiti yaxşılaşan kimi təyyarə yenidən ora uçacaq. Bu barədə əlavə məlumat veriləcək.