150 dollarlıq çörək (FOTO)

150 dollarlıq çörək (FOTO)
10:41 10 Yanvar 2015
236 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın Alqatosin kəndində 150 dollara çörək satılır. ANS PRESS-in məlumatına görə, dünyanın ən bahalı çörəyi "Pan Piña" çörək sexində bişirilir.

Bu adi kənd çörəyi təmiz buğda, maya və sudan hazırlanır.

Amma xəmirə qatılmış və çörəyin üzünə səpilmiş yeməli qızıl dənəcikləri bu çörəyi dünyanın ən bahalısı edir.

Çörək sexinin sahibi Xuan Manuel Moreno ən bahalı kofe haqqında məqaləni oxuyarkən qızıl çörək ideyasının yarandığını deyib. Xuan Manuel deyir ki, qızıl çörəyin dadına heç bir təsir göstərmir, lakin bir çox müştəriləronun həzm üçün çox xeyirli olduğunu düşünürlər.

Qiymətlərin yüksək olmasına baxmayaraq, çörək sexi bütün dünyadan gündəlik sifarişlər alır. Maraqlıdır ki, alıcılar arasında Rusiya və Çin vətəndaşları da var.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR