UNICEF 2018-ci ilin ilk günündə dünyaya gələn uşaqların sayını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, 1 yanvar 2018-ci il tarixində 386 min körpə dünyaya göz açıb. O da qeyd olunub ki, həmin körpələrin 90 faizi az inkişaf etmiş ölkələrdə dünyaya gəlib. Siyahıda ABŞ son pillədədir.

Doğuşların yarısından çoxu əsasən Hindistanda (69010), Çində (20210), Demokratik Konqo Cümhuriyyətində (9400), Efiopiyada (9020) və Banqladeşdədir (8370).

Milli.Az