Taylandda bayram günləri baş vermiş yol qəzaları zamanı 375 nəfər ölüb
Paylaş
116 baxış·1 dəq oxu
Bakı. 3 yanvar. REPORT.AZ/ Dekabrın 28-dən yanvarın 2-dək davam edən Yeni il bayramı günlərində Taylandda baş vermiş yol qəzaları nəticəsində ümumilikdə 375 nəfər həyatını itirib. "Report" "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə yol-nəqliyyat hadisələrinin səviyyəsinin azaldılması və qarşısının alınması Mərkəzinin məlumatında bildirilir. Göstərilən dövr ərzində ölüm və xəsarətlə nəticələnən 3456 qəza baş verib.