Qurban Qurbanovun "Qarabağ"da fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib
Paylaş
64 baxış·1 dəq oxu
Bakı. 4 yanvar. REPORT.AZ/ Bolqarıstanın MOİK klubunun fiziki hazırlıq üzrə məşqçisi Mario Mitov karyerasını “Qarabağ”da eyni vəzifədə davam etdirəcək. “Report” xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. MOİK-in Akademiyasında fəaliyyət göstərən 24 yaşlı mütəxəssis həmyerlisi Çudomir Çakarovu əvəzləyəcək. Qeyd edək ki, Çakarov Azərbaycan millisində Qurban Qurbanovun köməkçisi olacaq.