Onun sözlərinə görə, vəsiqə hazırlanan zaman ICAO-nun tövsiyələri nəzərə alınıb.
"Dövlətlər arasında uyğun razılaşmalar olarsa, bu vəsiqə ilə xarici ölkələrə səfər etmək mümkün olacaq", - deyə N.Rəsulov qeyd edib.
MHM rəsmisi əlavə edib ki, hazırda Daxili İşlər, Ədliyyə, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Miqrasiya Xidməti ilə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi istiqamətində intensiv işlər gedir. Bundan başqa, vətəndaşlara veriləcək şəxsiyyət vəsiqəsinə hansı məlumatların daxil edilməsi işçi qrupu tərəfindən müzakirə olunur.