Kino ulduzu paltarı üzündən Hollivudda bir daha iş tapmayacaq - FOTO

Kino ulduzu paltarı üzündən Hollivudda bir daha iş tapmayacaq - FOTO
10:18 9 Yanvar 2018
306 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi dünən 75-ci “Qızıl Qlobus” kino mükafatlarının təqdim olunma mərasimi baş tutub.

Publika.az xəbər verir ki, tədbirdə bütün kino ulduzları seksual zorakılıq əleyhinə aksiya keçirib. Belə ki, aktrisalar gender bərabərsizliyinə etiraz əlaməti olaraq və cinsi təcavüz qurbanlarını dəstəkləmək üçün qırmızı xalçaya qara libaslarda çıxıblar.

Laureatlardan çox aktrisaların qara geyinməsi ilə yadda qalan mərasimdə seçilənlər də olub. Xüsusilə Blanka Blankonun geyimi çox müzakirə edilib. O, gecə üçün qırmızı məxmər parçadan tikilən dərin sinə dekolteli paltar seçib.

Çoxları Blankanın bu addımını utancverici adlandırıb və onun Hollivudda bir daha iş tapa bilməyəcəyini irəli sürüb.

Hollivud Xarici Mətbuat Birliyinin Sədri Meher Tatna da gecədə qırmızı geyinib. Model Barbara Meier isə açıq rəng paltarda gəlib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/227079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR