Nazənin onlara SÖZ ATDI: “Qardaşlarımın yanında...” - VİDEO

Nazənin onlara SÖZ ATDI: “Qardaşlarımın yanında...” - VİDEO
11:48 11 Yanvar 2018
363 Şou
Ölkə mətbuatı
A- A+

"Qardaşlarımın qarşınızda başıaşağı olacağım heç nə etməmişəm".

Publika.az xəbər verir ki, bu sözləri ARB Ulduz-un “Virtual həyat” proqramının qonağı olan Nazənin deyib. O, ilk dəfə nəvəsindən danışıb:

“2017-ci ildə iki nəvəm dünyaya gəldi. Birinin adını Nazənin qoyduq, o birinin adını isə atamın adı ilə Rəhim qoymuşuq. İndi avtomobilə oturan kimi görüntülü zəng edəcəm. Oxumağa başlayan kimi bir oynayacaq ki, gəl görəsən”.

Ailəsinin və izləyicilərinin qarşısında başıaşağı olacaq heç nə etmədiyini dilə gətirən sənətçi, hətta düşmənlərinə belə xoş gün arzulayıb:

“Mən övladlarımın qarşısında, ailəmin qarşısında, qardaşlarımın, tamaşaçıların, sizin qarşınızda başıaşağı olacağım heç nə etməmişəm. Başım dik gəzirəm. Allah mənim düşmənlərimə də gözəl gün nəsib etsin. Gözəl günə başları qarışsın, Nazənin yadlarından çıxsın. Onlar pis gün yaşasalar, fırlanıb gəlib Nazənindən yapışacaqlar”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/227333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR