Proqnoz: Bitkoin bu il 1 800 dollara kimi ucuzlaşa bilər

Proqnoz: Bitkoin bu il 1 800 dollara kimi ucuzlaşa bilər
14:27 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Qlobal kriptovalyuta bazarında böyük çöküş proqnozlaşdırılır. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozu "Wall Street"də fəaliiyət göstərən "Quinlan & Associates" konsaltinq şirkəti verib.
Şirkətin hesabatında bildirilir ki, bitkoinin qiyməti cari ilin dekabr ayınadək hazırkı səviyyədən təxminən 8 dəfə azalaraq 1 800 dollara enə bilər. 156 səhifəlik hesabatda bitkoinin qızıl kimi investisiya vasitəsi və ödəmə aləti funskiyası olaraq dəyərindən çox baha olduğu bildirilib: "İstehsal xərcləri və dəyər saxlama vasitəsi baxımından bitkoinin 2 161 dollar və 687 dollar qiyməti olduğu hesablanıb". 
Daha sonra qanuni satışda və "qara bazar"da istifadə olunma amillərini hesablamalara qatmaqla bitkoinin 1 780 dollar qiyməti olduğu ortaya çıxıb. Hesabatda qeyd olunub ki, kriptovalyuta bazarının kapitallaşmasının ilin sonunadək 70% daralaraq 223 mlrd. dollara enməsi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/proqnoz-bitkoin-bu-il-1-800-dollara-kimi-ucuzlasa-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR