"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ağdam klubu beşinci günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi saat 11:00-da start götürüb vəfitnes zalında baş tutub. Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki və toplu çalışmalarla davam edib. Ansi Aqolli isə çalışmalarını fizioterapivt nəzarəti altında davam etdirib.
Milli.Az