Lənkərandə naməlum şəxs mənzilə basqın edərək ev sahibinə xəsarət yetirib

Lənkərandə naməlum şəxs mənzilə basqın edərək ev sahibinə xəsarət yetirib
01:02 15 Yanvar 2018
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 15 yanvar. REPORT.AZ/ Lənkərandə evə basqın edilib.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Liman şəhərində, "Xutor" adlı ərazidə baş verib.
Belə ki, naməlum şəxs 50 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlunun yaşadığı evə basqın edərək ona xəsarət yetirib. Yatmış ev sahibinə hücum edən cinayətkar ona kəsici alətlə başından və qol nahiyəsindən zərbə endirib. 
Xəsarət almış N. Həsənov xəstəxanaya çatdırılıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkerande-namelum-sexs-menzile-basqin-ederek-ev-sahibine-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR