"Report" xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin KİV üzrə meneceri Ayan Ağayeva deyib. O bildirib ki, hazırda bir sıra istiqamətdə işlər aparılır: "Əyləncə proqramı üçün hazırlıq gedir. Ötən ilin dekabrından media üçün akkreditasiyaya başlanılıb. Xarici KİV-lərə də təkliflərimizi vermişik. Könüllülərin qeydiyyat prosesi başa çatıb. Marşallarla da iş aparılır. Fevraldan etibarən aktiv fazaya keçirik".
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi bu il 27 - 29 apreldə keçiriləcək.