“Canlı ifa etməyi bacaran müğənni üçün mütləq yatmaq
lazımdır ki, səs telləri sözünə baxsın. Süd içməlisən, yumurtanın
sarısını içməlisən, başqa prosedurlarda var, onlar edilməlidir ki,
oxuya biləsən. Bunu canlı ifa oxuyanlar etməlidirlər. Fonoqram
oxuyanlar üçün bunların heç bir mənası yoxdur. Fonoqram öz işini
görür”
Publika.az xəbər verir ki, bu sözləri “ARB
Ulduz”un “Şou məkan” proqramına
açıqlaması zamanı müğənni Elariz Məmmədoğlu
deyib.
Elarizin oğlu evlənmə məsələsini valideynlərinin öhtəsinə
buraxsa da, müğənni evlilik üçün hələ tez olduğunu diqqətə
çatdırdı:
“Oğlum hələ təhsil alır, anası da çox üstünə gedir ki, evlən. O da
anasıyla mənim üstümə atıb ki, siz qız tapın, evlənim. Mən də öz
işimlə məşğulam. Görək nə olur. 24 yaşı tamam oldu, 25-ə keçdi.
Mənə elə gəlir ki, 28 yaşa kimi hələ vaxtı var. 28 yaşdan o yana
artıq gecikmə olur. Mən 23 yaşında evlənmişəm. Peşman da deyiləm. O
yaşda evlənəndə biraz çətinliklər olur. Özünü tutmamış görürsən ki,
özün boyda uşaqların var. Biraz çətindir, amma yaxşıdır. Nəvələr də
tez olur”.
Elariz, oğlunuz Türkiyədə təhsil alır. Əgər seçimi özü edib
elə ordan bir qızı qoluna vurub gətirsə, bəs necə
olacaq?
“Gəlin Türkiyə türkü də ola bilər, dünyanın başqa bir yerində
yaşayan türk də ola bilər. Əsas odur ki, ailəmizə uyğun olsun. Bizi
başa düşən bir insan olmalıdır”.
Toy mövsümü öncəsi haqqında qara reklam kampaniyalarının
bilərəkdən irəli sürüldüyünü deyən müğənni artıq bu kimi şaiyələrə
önəm vermədiyini söylədi:
“Əslində axır illər yayılan hansı şayiə olur olsun, vecimə deyil.
Toy mövsümü qabağı gah deyirlər, səsi batıb, gah deyirlər, bizneslə
məşğuldur, gah deyirlər hardasa hansısa bir xanımla “tutublar”. Hər
dəfə nə isə şayiə olur. Bu da ki, toylarımın sayını azaltmaq
üçündür”.
Ayağının altını qazan insanlarla məclisdə görüşəndə həmin
adamların dondan-dona girib, özlərini mələk kimi apardığını
söyləyən Elarizin də bildiyi bir şey var:
“Anti-reklam edən bir-iki nəfər var. Kim olduqlarını da bilirəm.
Sadəcə mən adlarını çəksəm, müxbirlər onların üstünə qaçacaq, onlar
da “yox elə bir şey yoxdur”, deyib, biraz da reklam olunacaqlar.
Mənim ayağımın altını qazan insanlar məni görəndə bir üstümə
qaçırlar, bir öpürlər. Məndə onlara öz xoş sözlərimi deyirəm. Hətta
elələri var ki, deyirlər, gəl bir gün oturaq yeyək, içək. Mən də
deyirəm yaxşı... Ancaq onlarda bilir ki, bu olası vəd deyil”.