ABŞ-da yanğınsöndürən üçüncü mərtəbədən yerə atılan uşağı tutub

ABŞ-da yanğınsöndürən üçüncü mərtəbədən yerə atılan uşağı tutub
22:02 16 Yanvar 2018
172 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ-ın Corciya ştatının Atlanta dairəsində baş verən yanğın zamanı xilasedicilərdən biri üçüncü mərtəbədən yerə atılan qız uşağını tutub.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.
Hadisə yanvar ayının əvvəllərində baş verib. Qızını alovdan xilas etmək istəyən ata, onu yanğınsöndürən Skott Stroupun qucağına atıb. Yanğın zamanı ümumilikdə 12 nəfər, o cümlədən 8 yetkinlik yaşına çatmayan şəxs təxliyyə edilib.
"Biz uşaqları, sözün hərfi mənasında, futbol topu kimi tuturduq", — deyə briqada kapitanı nəşrə bildirib.
Yanğınsöndürənlərin tutduğu uşaqlar zərər çəkməyiblər. Qızın atası II dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/abs-da-yanginsonduren-ucuncu-mertebeden-yere-atilan-usagi-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR