Tərtərdə inək yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib

Tərtərdə inək yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib
01:17 17 Yanvar 2018
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtər. 17 yanvar. REPORT.AZ/ Tərtər rayonunun Burunc kəndində 55 yaşlı qadını iribuynuzlu heyvan vurub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə 1963-cü il təvəllüdlü kənd sakini Bayramova Kifayət Əli qızı şəxsi təsərrüfatında heyvanları yemləyərkən baş verib.
Qarın boşluğundan ciddi xəsarət alan yaralı yaxınlarının köməkliyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan qadın, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilərək əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/terterde-inek-yasli-qadini-vuraraq-ona-agir-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR