Qazaxıstan parlamenti Azərbaycanla ikiqat vergitutmanın ləğvi ilə bağlı protokolu təsdiqləyib

Qazaxıstan parlamenti Azərbaycanla ikiqat vergitutmanın ləğvi ilə bağlı protokolu təsdiqləyib
10:57 17 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Qazaxıstan parlamenti ikiqat vergitutmanın aradan qaldırılması, gəlir vergisi və əmlak vergisi ödənişlərindən yayınmaların qarşısının alınmasına dair Azərbaycanla imzalanmış hökumətlərarası protokolu təsdiqləyib.
“Report” bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.
Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, protokol məlumat mübadiləsi ilə iki ölkə arasında vergi sahəsində əməkdaşlığın inkişafına xidmət edəcək. O qeyd edib ki, Azərbaycandan Qazaxıstana investisiyalar son 10 ildə 168 mln. dollar, Qazaxıstandan Azərbaycana investisiyaların həcmi 20 mln. dollar təşkil edib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi isə son 10 il ərzində 2,8 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, ikiqat vergitutmanın, gəlir vergisi və əmlak vergisi ödənişindən yayınmaların qarşısının alınmasına dair protokol 3 aprel 2017-ci il tarixində Bakıda imzalanıb.
2017-ci il oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev bu protokolu təsdiq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qazaxistan-parlamenti-azerbaycanla-ikiqat-vergitutmanin-legvi-ile-bagli-protokolu-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR