Jurnalist İradə Zeynalovanın Moldovaya daxil olmasına icazə verilməyib

Jurnalist İradə Zeynalovanın Moldovaya daxil olmasına icazə verilməyib
12:02 17 Yanvar 2018
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın NTV telekanalının jurnalisti İradə Zeynalovanın Moldovaya daxil olmasına icazə verilməyib. 
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Moldovalı sərhəd polisinin mətbuat xidmətindən verilən məlumata görə, İ.Zeynalova ölkəyə səfərinin məqsədini təsdiq edə bilməyib: "İradə Zeynalova İstanbul-Kişinau reysi ilə Moldovaya gəlib. O, rəsmi şəxslərlə görüşlərinin planlaşdırıldığını söyləsə də, bunu sənədləşdirilmiş şəkildə təsdiq edə bilməyib".
Qeyd olunub ki, məsələ heç də hansısa deportasiya və ya giriş qadağasından getmir.
İ.Zeynalova Kişinau-Moskva reysi ilə Rusiyaya göndərilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/jurnalist-i-rade-zeynalovanin-moldovaya-daxil-olmasina-icaze-verilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR