AFFA Deniz Yılmazın Azərbaycan vətəndaşlığından imtina edəcəyi ilə bağlı iddiaya münasibət bildirib

AFFA Deniz Yılmazın Azərbaycan vətəndaşlığından imtina edəcəyi ilə bağlı iddiaya münasibət bildirib
12:47 17 Yanvar 2018
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ “Deniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina etməklə bağlı bizə rəsmi müraciət etməyib”.
Bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, bildirib ki, bu məsələ yalnız mətbuatda yer alan xəbərlər səviyyəsindədir.
Qeyd edək ki, Azərbaycan yığmasının heyətində 2 oyun keçirən Deniz Yılmaz son matçlara dəvət almayıb. Bir neçə gün öncə “Gənclərbirliyi” klubu ilə 1,5 illik müqavilə bağlayan və Türkiyə pasportuna da malik olan 30 yaşlı forvardın qonşu ölkədə legioner sayılmaması üçün Azərbaycan vətəndaşlığında imtina edəcəyi bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-deniz-yilmazin-azerbaycan-vetendasligindan-imtina-edeceyi-ile-bagli-iddiaya-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR