Ermənistan vətəndaşları Rusiya təyyarəsinin Meksikadan uçuşunun gecikməsinə səbəbkar olublar

Ermənistan vətəndaşları Rusiya təyyarəsinin Meksikadan uçuşunun gecikməsinə səbəbkar olublar
13:12 17 Yanvar 2018
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Meksikanın Kankuna aeroportu reysdə deportasiya edilməli dörd Ermənistan vətəndaşının olmamasına görə Rusiya avişirkətinə məxsus təyyarənin uçuşuna icazə verməyib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Rossiya" aviaşirkətindən bildirilib.
Aviaşirkətin nümayəndəsi Kankuna hava limanı qarşısında heç bir öhdəliyin olmadığını, amma Meksika tərəfinin departasiya edilən şəxslərin göyərtədə olmamasına görə uçuşu gecikdirdyini deyib.
Qeyd edilib ki, deportasiya edilənləri gözləmək üşün 4 saat vaxt lazım gəlib. Nəticədə yanvarın 16-da Bakı vaxtı ilə saat 23:00-da uçmalı olan laynerin reysi yanvarın 17-nə keçirilib. Belə ki, Rusiya aviasiya qanunvericiliyinin uçuşların təhlükəsizliyi ilə bağlı maddələrinə görə, ekipajın iş vaxtı bitib və onlar növbəti günü gözləməli olublar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ermenistan-vetendaslari-rusiya-teyyaresinin-meksikadan-ucusunun-gecikmesine-sebebkar-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR