Adnan Oktar "kediciklərə" görə şikayət olundu

Avstriya paytaxtı Vyanada yaşayan 44 yaşlı Elvan Koçak uzun müddətdir axtardığı iki qızını Adnan Oktarın televiziya verilişində görəndən sonra təcili Türkiyəyə geri dönüb.

Metbuat.az-ın Haberler-ə istinadən verdiyi məlumata görə, ata qızlarının yaşının hələ 17 olduğunu deyərək həm Avstriya, həm də Türkiyədə Adnan Oktarla bağlı hüquqi prosedurlar üçün rəsmi qurumlara müraciət ünvanlayıb.

Avropada təhsil aldıqları müddətdə məktəbdə yaxşı nəticələr göstərən qızlarını Oktarın qrupundan çıxarmaq üçün Elvan Koçak rəsmi şəxslərdən də kömək istəyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR