Rusiyada yeniyetmə hokkeyçilər arasındakı oyun zamanı kütləvi dava düşüb

Rusiyada yeniyetmə hokkeyçilər arasındakı oyun zamanı kütləvi dava düşüb
14:12 18 Yanvar 2018
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiyada yeniyetmə hokkeyçilər arasında keçirilən ölkə çempionatının oyunundan sonra kütləvi dava düşüb.
“Report” triboona.ru-ya istinadən xəbər verir ki, xoşagəlməz olay “Alaniya” və “Xaski” komandaları arasında baş tutan matçda yaşanıb. Ən kiçiyi 2008-ci il təvəllüdlü olan idmançılar ciddi zədəalmaq təhlükəsi ilə üzləşiblər.
Vladiqafqaz təmsilçisinin 6:3 hesabı ilə qalib gəldiyi görüşün final fitindən sonra meydan sahiblərinin 4 hokkeyçisi ilə Nevinnomıssk təmsilçisinin 10 yaşlı üzvü arasında münaqişə baş verib. Nəticədə təxminən bir dəqiqə çəkən kütləvi dava düşüb. Hakimlərin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. Ədalət təmsilçiləri dava iştirakçılarından 3-nü cəzalandırıblar. Toqquşmada xəsarət alan olmayıb. 
Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/rusiyada-yeniyetme-hokkeyciler-arasindaki-oyun-zamani-kutlevi-dava-dusub-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR