Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub

Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub
17:02 18 Yanvar 2018
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub. 
Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, bu, hazırda karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Dafra” klubunda davam etdirən Villiams Oliveira Do Nascimento Vassuradır. Bu gün günorta saatlarında Bakıya gələn futzalçı komandanın məşqində iştirak edib. 
Qeyd edək ki, Azərbaycan millisinin yanvarın 19-da saat 10:15-dəki məşqi mətbuat üçün açıq olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-millisinin-dusergesine-daha-bir-futzalci-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR