“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Huawei” şirkətinin yeni həlli indi akkumulyatoru yalnız smartfondan ayrı şəkildə enerji ilə doldurmağa imkan verir. Qurğudan çıxarılan batareya kifayət qədər böyük ölçülü xüsusi enerji doldurma blokuna yerləşdirilir.
Belə güman etmək olar ki, çıxarılıb-taxılan akkumulyatorla təchiz edilmiş smartfonlar dəbi yenidən geri qaytaracaq. Həmçinin şirkət smartfonu əlavə qurğulardan istifadə etmədən enerji ilə doldurmaq üçün yeni texnologiyanı təkmilləşdirməyə davam edəcək.
Xatırladaq ki, ötən ilin əvvəllərində “Meizu” şirkəti 20 dəqiqə ərzində tamamilə enerji toplayan smartfonun işlək prototipini nümayiş etdirmişdi.
Emil Hüseynov