Tovuz-Qovlar dəmir yolu xətti əsaslı təmir olunur

Tovuz-Qovlar dəmir yolu xətti əsaslı təmir olunur
15:47 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Tovuz-Qovlar mənzilində 7,8 km-lik yolun təmirinə start verilib.
“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 5 gün davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “Moravia Steel” şirkəti “Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 435 km dəmir yolu əsaslı təmir olunub. 



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/tovuz-qovlar-demir-yolu-xetti-esasli-temir-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR