Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İrandan gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya "Gül kələmi" yükü aparan Rusiya vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12" markalı "E-900-XX-05/AH-264639" dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu (528 min 191 dollar) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



