Əli Əhmədov: "Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq"

Əli Əhmədov: "Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq"
10:17 20 Yanvar 2018
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ "Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu və nazirliklərdə icra olunan funksiyaları həyata keçirəcək".
"Report"un məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır: "İndi lazımı olan texniki təşkilatı işlər görülməkdədir. O funksiyalar ki, vaxtı ilə bir neçə dövlət qurumları və nazirliklərdə icra olunurdu, həmin funksiyalar qida təhlükəsizliyi agentliyinə verilir. Güman edirəm ki, bir neçə ay ərzində təşkilatı işlər tamamlanacaq və qida təhlükəsizliyi agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq". 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/eli-ehmedov-qida-tehlukesizliyi-agentliyi-bir-nece-aya-fealiyyetini-birbasa-heyata-kecirmeye-baslayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR