Ağcabədi sakinindən xeyli sayda silah-sursat tapıldı

Ağcabədi sakinindən xeyli sayda silah-sursat tapıldı
13:24 20 Yanvar 2018
39 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi sakinində xeyli sayda silah-sursat aşkarlanıb.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, rayon sakini Aslan Rüstəmzadənin evinə baxış keçiriblər. Nəticədə evdən 1 ədəd “Makarov”, 1 ədəd “Reck-Cobra” markalı qaz tapançaları, 44 ədəd travmatik patron, 2 qandal və 1 ədəd nunçaqi aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR